Infoteka.az
Siyasət

Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək

Avropa İttifaqı (Aİ) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-itexniki missiya göndərəcək. 

Bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: 

“Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan Silahlı Qüvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”. 

Infoteka.az