Infoteka.az
Siyasət

MN: "Azərbaycan Ordusunun erməni mövqelərinə atəş açması məlumatı tamamilə yalandır"

"Oktyabrın 17-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".

Bu barədə İnfoteka.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Infoteka.az