Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.
Bu barədə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.
Onun sözlərinə görə, kosmik layihə üzərində il yarımdır iş gedir.
“Hər kəsin getdiyi yerə getmirik: Gələcəyi əvvəldən görür və bu gələcək üçün yarışa bu gündən hazırlaşırıq. Kosmik texnologiya sahəsində aşağı orbit peykləri və orbital ötürmə vasitələri üzərində işləyirik. İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik”, - deyə o vurğulayıb.
Yeni texnologiyanın qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk olacağı gözlənilir.