İranın paytaxtı Tehranda Evin həbsxanasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
İnfoteka.az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Qeyd edək ki, oktyabrın 15-də İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında məhbuslar arasında üsyan baş verib. Hadisə zamanı məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.
Daha əvvəl yanğın nəticəsində ölən məhbus sayı 4, yaralı sayı isə 61 nəfər olub.
Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti isə ağırdır.