Infoteka.az
Hadisə

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını və insidenti törədən 7-ci sinif şagirdi Alina A. intihar etdiyini bildirib.

Infoteka.az