Infoteka.az
İqtisadiyyat

Azərbaycan qeyri-neft ixracını 11 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 3 milyard 33,68 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.

Təkcə noyabr ayında isə qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,2 % çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

Infoteka.az