Argentina millisinin futbolçusu Lionel Messi Braziliya yığmasının sabiq üzvü Leonidasın rekordunu təkrarlayıb.
36 yaşlı hücumçu buna millidəki son 15 matçın 14-də fərqlənməklə nail olub.
Təcrübəli forvard 2022-ci il iyunun 5-dən 2023-cü il sentyabrın 8-dək 14 qarşılaşmada qol vurub. Messinin seriyası oktyabrın 13-də Paraqvayı 1:0 hesabı ilə məğlub etdikləri DÇ-2026-nın seçmə mərhələsinin görüşündə qırılıb. Messi həmin oyunun ikinci hissəsində meydana çıxıb.
Leonidas isə 1932 - 1940-cı illərdə 15 görüşün 14-də fərqlənib.