Infoteka.az
Dünya

Zelenski Argentinanın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə gedəcək - Rusiya da tədbirə dəvətlidir

Ukrayna Prezidenti Volodimir Zelenski Argentinanın yeni seçilmiş prezidenti Xavyer Milinin növbəti həftəyə planlaşdırılan andiçmə mərasimində iştirak edəcək.

Bu barədə “TN” xəbər  portalı Ukrayna səfirliyindəki mənbəyə istinadən məlumat verib.

Qeyd edilib ki, Argentina hökuməti mərasimə Rusiya tərəfini də dəvət edib, lakin Moskvanı kimin təmsil edəcəyi hələlik məlum deyil.

Infoteka.az