ABŞ Ukraynaya” FrankenSAM” hibrid hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün texnoloji avadanlıqlar tədarük edib.
Bu barədə Ağ Ev məlumat verib.
Bildirilib ki, bu sistem müasir “yer-hava” tipli raketləri Ukrayna Silahlı Qüvvələrində artıq mövcud olan sovet dövrünün buraxılış qurğuları və radarları ilə birləşdirməyə imkan verəcək.
Quraşdırma variantlarından biri “Buk” buraxılış qurğuları və “Sea Sparrow” (“Dəniz sərçəsi”) raketlərini, digəri isə sovet radarlarını və “Sidewinder” raketlərini birləşdirir.
Ağ Evdən bildirilib ki, bu sistemlərin həm Ukraynada, həm də ABŞ-da paralel istehsalı onların Ukraynada yerləşdirilməsini sürətləndirməlidir.
Dünya