Xəbər verdiyimiz kimi, Avropanın nüfuzlu “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.
Yarışmaya qatılacaq ölkələrin adları açıqlanıb.
Belə ki, təşkilatçıların verdiyi məlumata görə, müsabiqədə Azərbaycan da daxil olmaqla 37 ölkə iştirak edəcək. Həmçinin bildirilib ki, Rumıniyanın adı bu siyahıda hələlik təsdiqlənməsə də, onların yarışmada iştirakı ilə bağlı müəyyən danışıqlar aparılır.
Qeyd edək ki, sayca 68-ci olan “Avroviziya-2024”ün birinci və ikinci yarımfinallarının gələn ilin mayın 7-i və 9-u, finalının isə mayın 11-də keçirilməsi planlaşdırılır.
