Infoteka.az
Hadisə

Baş verən zəlzələ 50 saniyə davam edib: 6 afterşok qeydə alınıb

“Zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır”.

Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Q.Yetirmişli bildirib ki, zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb.

Xatırladaq ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub.

Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

Infoteka.az