Infoteka.az
Sosial

Prezident dövlət agentliyinə iki milyon manat ayırdı

Prezident İlham Əliyev dekabrın 8-də Gədəbəy rayonunun Kiçik Qaramurad-Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə President.az xəbər verir.

Sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq iki milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyələşmənin təmin olunması Maliyyə Nazirliyinə, zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq İqtisadiyyat Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Infoteka.az