Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası və müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq.
İnfoteka.az-ın xəbərinə görə, toplantıda dini liderlərin Birgə Bəyanatı qəbul ediləcək.
Daha sonra isə dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.