Infoteka.az
İqtisadiyyat

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

 

Infoteka.az