Infoteka.az
Dünya

Avropa İttifaqı Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib.

İnfoteka.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yazılıb.

Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”.

Mülki missiya müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

Infoteka.az