Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində açılan sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Ümmummulli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əsk etdirən 50-ə yaxın unikal fotoşəkil sərgilənir.
Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu AZƏRTAC-ın “Heydər Əliyev ili” çərçivəsində Moskvada təşkil etdiyi sərginin əhəmiyyətini vurğulayıb. “Burada çox unikal şəkillər toplanıb. Sərgidə hətta mənim də ilk dəfə gördüyüm fotolar var. Heydər Əliyevin 100 illik yubileyi Vladivostokdan başlayaraq Kaliniqradadək Rusiyanın bütün regionlarında geniş qeyd olunur və bu, məni çox sevindirir. Bu, Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında böyük xidmətlərindən xəbər verir. Elə indi də iki ölkə arasında əlaqələrin möhkəmlənməsi üçün görülən işlər onun adı ilə bağlıdır”, - deyə səfir vurğulayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzində dahi siyasətçi və ictimai xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərginin təşkili əlamətdar hadisədir. “Burada Ümummilli Lider Heydər Əliyevin həyat və fəlaliyyətini əks etdirən 50-ə yaxın unikal fotoşəkil toplanıb. Uzun illər Heydər Əliyevlə yanaşı işləmiş səfir Polad Bülbüloğlu belə fotoşəkillərin əksəriyyətini ilk dəfə gördüyünü qeyd etdi. Fotomaterialları təqdim edən AZƏRTAC-ın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Sərgi bir ay ərzində fəaliyyət göstərəcək və mən əminəm ki, moskvalılar Ulu Öndərin təkcə doğma Azərbaycanına deyil, eləcə də ikitərəfli müansibətlərə verdiyi misilsiz töhfəni dəyərləndirəcəklər”, - deyə T.Əhmədova diqqətə çatdırıb.
M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin jurnalistlərə açıqlamasında atasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev barədə ən xoş xatirələrini onunla bölüşdüyü bildirib. P.Kuzmin deyib: “Atam Heydər Əliyev ilə tanış idi. Onlar fəaliyyətləri çərçivəsində Heydər Əliyevlə ünsiyyətdə olurdular. O, hər zaman Heydər Əliyevin fenomenal yaddaşından, həmsöhbətinə dərin hörmətlə yanaşmasından danışırdı. Heydər Əliyevin ağlı, zəkası, bütün xalqlara və millərlərə ehtiramla yanaşması valeh etməyə bilməzdi. Mən də Bakıda Heydər Əliyev Fondunu ziyarət etmək şərəfinə nail olmuşam. Moskvada bu dahi insana həsr olnmuş sərginin açılması onun xatirəsinə dərin hörmət və ehtiramın nümunəsidir”.
AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri Fəridə Abdullayeva təşkil olun sərgi barədə ətraflı məlumat verib. Bildirib ki, AZƏRTAC-ın fotoxronikasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən unikal fotoşəkillər saxlanılır. "Bu şəkillərin bir qismi bu gün Heydər Əliyev Fondunun Rusiya nümayəndiliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində AZƏRTAC-ın təşkillatçılığı ilə sərgilənir. Burada Ümummilli Liderin Rusiyanın tanınmış şəxsləri ilə görüşləri, regionlara səfərləri və digər naraqlı məqamları əks etdirən fotomatetiallar var. Ulu Öndərin xatirəsi Rusiyada hər zaman ehtiramla anılıb və mən əminəm ki, bu sərgi də ziyarətçilər tərəfindən maraqla qarşılanacaq", deyə F. Abdullayeva vurğulayıb.
Qeyd edək ki, Ulu Öndərin Rusiyanın tanınmış siyasi, ictimai və mədəniyyət xadimləri ilə görüşləri, mətbaut konfransları, Rusiyanın müxtəlif regionlarına səfərləri əbədiləşdirilmiş fotomateriallar ziyarətçilərdə xüsusi maraq doğurub.