Infoteka.az
Sosial

Gələn il Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq

Gələn il Novruz Bayramı ilə əlaqədar 7 gün iş olmayacaq.

Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib.

Əmək Məcəlləsinə əsasən, gələn il 23 və 24 mart şənbə və bazar günlərinə, yəni bayram günləri istirahət günləri nə təsadüf etdiyi üçün iş və istirahət günlərinin ardıcıllığının təmini üçün 18 və 19 mart qeyri-iş günləri olacaq.

Beləliklə, gələn il Novruz Bayramı ilə əlaqədar ardıcıl 18, 19, 20, 21, 22, 23, 24 mart tarixlərində iş olmayacaq.

Infoteka.az