Infoteka.az
Siyasət

İlham Əliyev Serbiyaya işgüzar səfərə gedib - FOTO

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gedib. 

Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Prezident İlham Əliyevi Serbiya Baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşılayıblar. 

İlham Əliyev Serbiyaya işgüzar səfərə gedib - FOTO
İlham Əliyev Serbiyaya işgüzar səfərə gedib - FOTO
Infoteka.az