Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barel olub.
Bu barədə İnfoteka.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bunun 543 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.