Infoteka.az
İdman

Türkiyədə hakimə yumruq atan klub prezidenti tutuldu

Türkiyənin “Ankaragücü” futbol klubunun prezidenti Faruk Koca saxlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

Qeyd olunub ki, Faruk Kocadan başqa klubun daha iki üzvü saxlanılıb.

Saxlanılan hər üç şəxsin işi məhkəməyə göndərilib.

Xatırladaq ki, “Ankaragücü” - “Rizespor” görüşü 1:1 hesabı ilə başa çatıb. Final fitindən dərhal sonra “Ankaragücü” klubunun prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Melerə yumruq vurub. Zərbə nəticəsində referi yıxılaraq yerdə qalıb. Daha sonra Ankara klubunun digər nümayəndələri baş hakimi təpikləyiblər. Təhlükəsizlik əməkdaşlarının nəzarəti ilə hakimlər paltardəyişmə otağına aparılıblar. Türkiyənin tanınmış hakimlərindən olan Halil Umut gözündən ciddi xəsarət alıb.

Infoteka.az