Infoteka.az
İdman

Azarkeşlərin Xankəndiyə yola düşəcəyi vaxt dəqiqləşib

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. 

Oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. 

Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” - MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. 

Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.

Infoteka.az