Pakistanın şimal-qərbində polis məntəqəsində partlayış nəticəsində 24 polis əməkdaşı həlak olub.
Bölmənin qarşısında terrorçu-kamikadze partlayıcı yüklü yük maşınını partladıb, ardınca silahlı şəxslər bölməyə daxil olaraq insanlara atəş açıb.
Ölənlərin sayının artacağı istisna olunmur.