Sərnişindaşımanın pandemiyadan əvvəlki dövrdə olan marşrutlar üzrə bərpası ilə əlaqədar hazırda 3 illik strateji istiqamətlər hazırlanıb. Bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli şəkildə bərpa olunması nəzərdə tutulub.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
ADY sədri qeyd edib ki, cənub istiqamətində yolun infrastrukturu hazırda orada keyfiyyətli xidmətlərin göstərilməsinə imkan vermir. Bu il 309 kilometrlik Bakı-Qəbələ reysini istifadəyə verdik. Bakı-Gəncə istiqamətini də əlavə olaraq 95 kilometr - Ağstafaya qədər genişləndirdik.
Növbəti strateji planımıza uyğun olaraq, Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün hazırlıqlar gedir. Bu hazırlıqlara xeyli vaxt sərf olunacaq. Ancaq bu istiqamətlərə də qatarların açılması hədəfimizdədir”, - deyə R. Rüstəmov vurğulayıb.