Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 mlrd. manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,8% artıb.
Məlumata görə, sənaye məhsulunun 67,9%-i mədənçıxarma sektorunda, 26,8%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5% azalıb, əmtəəlik qaz hasilatı isə 4,3% artıb”, - məlumatda qeyd olunub.