Infoteka.az
Dünya

Məşhur aktrisa Qəzza ilə bağlı paylaşım edib

İspan aktrisa Penelopa Kruz  Qəzzada atəşkəsin təmin edilməsi ilə əlaqədar çağırış edib.

Penalopa Kruz bu barədə rəsmi ''İnstaqram'' səhifəsində etdiyi paylaşımda bildirib. Məşhur aktrisa paylaşımında ''Ceasefire Now'' (Dərhal atəşkəs) ifadələrinə yer verib.

Oktyabrın 8-dən etibarən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 18 mindən çox fələstinli həlak olub.

Penalopa Kruz da daxil olmaqla bir sıra Hollivud ulduzu 2014-cü ildə Qəzzaya hücumlarına görə İsraili “soyqırım” törətməkdə ittiham edən manifest yayımlayıb.

Manifestdə deyilirdi ki, İsrail Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ən çox  tabe olmayan, insan hüquqlarına ən az hörmət edən və dövlət terrorizmi tətbiq edən işğalçı ölkədir.

Infoteka.az