Kiyevin ballistik raketlərlə atəşə tutulması səbəbindən həyəcan siqnalı ilə partlayışlar arasındakı interval qısa olub.
Bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Kliçko qeyd edib ki, raketlərin qalıqları düşən bəzi ərazilərdə kraterlər əmələ gəlib, şəhərin su təchizatında problemlər yaranıb.
Hazırda su təchizatının bərpası istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu gün gecə Ukrayna paytaxtı Rusiya ordusu tərəfindən raket atəşinə məruz qalıb, azı 53 nəfər yaralanıb ki, onların arasında uşaqların da olduğu bildirilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.