Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ABŞ-nin ölkəyə yeni təyin olunmuş səfiri Mark Libbi ilə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edib.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşməkdən çox məmnunam. Mən Azərbaycanda və Cənubi Qafqaz regionunda ümumi məqsədlər, o cümlədən minalardan təmizləmə məsələləri üzrə əməkdaşlığımız üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə diplomat bildirib.