Infoteka.az
Dünya

Avropa Parlamenti Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı qətnaməni təsdiqlədi

Avropa Parlamenti Gürcüstanın namizədlik statusunu dəstəkləyən qətnaməni böyük səs çoxluğu ilə təsdiqləyib.

Qətnamədə həmçinin Ukrayna, Moldova və Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanması tələb olunur.

Qeyd edək ki, bu qətnamə məsləhət xarakteri daşıyır.

Infoteka.az