"32 erməni hərbçi Azərbaycan-Ermənistan sərhədini keçib və artıq Ermənistandadır".
Bunu baş nazir Nikol Paşinyan bildirib.
"Əvvəlcə onlar ilkin tibbi müayinədən keçəcəklər, bundan sonra doğmalarına qovuşacaqlar", - deyə o, qeyd edib.
Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Hərbi