Infoteka.az
Dünya

Şolts: "Almaniya gələn il Ukraynaya 8 milyard avro yardım ayıracaq"

Almaniya 2024-cü ildə Ukraynaya 8 milyard avro ayırmağı planlaşdırır.

Bu barədə Almaniya kansleri Olaf Şolts iqtisadiyyat naziri Robert Habek və maliyyə naziri Kristian Lindnerlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edilib ki, yardıma əsasən silah tədarükü və maliyyə yardımı daxil edilib.

“Əgər cəbhədəki vəziyyət pisləşərsə, digər tərəfdarlar Ukraynaya yardımı azaldarsa və ya Almaniya ilə Avropaya qarşı təhlükə artmaqda davam edərsə, biz buna cavab verməli olacağıq”, - deyə Şolts qeyd edib.

Infoteka.az