Infoteka.az
Hərbi

İsrail Livanda hərbi əməliyyatlara başlayıb

İsrail müdafiə qüvvələri (İDF) BMT qərarını həyata keçirmək üçün Livanda hərbi əməliyyatlara başlayıb.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daha əvvəl İsrailin xarici işlər naziri Eli Kohen BMT Təhlükəsizlik Şurasında çıxış edərək, 2006-cı ildə İkinci Livan müharibəsindən sonra BMT-nin qəbul etdiyi 1701 saylı qətnaməyə uyğun olaraq Livandakı bütün silahlı qüvvələrin Litani çayının o tərəfinə dərhal çıxarılmasını tələb edib.

Nazir xəbərdarlıq edib ki, tələb yerinə yetirilməsə, İsrail BMT qərarını həyata keçirmək üçün Livanda hərbi əməliyyatlara başlamaq hüququ qazanacaq.

Infoteka.az