“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”.
Bunu report-a Türkiyə bürosunun əməkdaşının sualına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.