Avropa İttifaqı (Aİ) Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə qərar qəbul edib.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “X” platformasındakı paylaşımında qeyd edib. O, Aİ-nin Brüssel sammiti çərçivəsində qəbul edilmiş bu qərarının ölkələrin və qitənin xalqlarına aydın ümid siqnalı olduğunu vurğulayıb.