Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza ilə bağlı Təmas Qrupunun fəaliyyəti ilə bağlı keçiriləcək konfrans çərçivəsində dekabrın 15-də Norveçə səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Hakan Fidan Təmas Qrupunda olan həmkarları ilə birlikdə Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburq rəsmiləri ilə görüşlər keçirəcək.
Dünya