Ukrayna və Moldova Avropa İttifaqına (Aİ) üzvlük meyarlarına cavab vermir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskovun sözlərinə görə, Ukrayna və Moldovanın Aİ-yə üzv olması ilə bağlı danışıqlar illərlə davam edə bilər: “Ukrayna və Moldovanın Aİ-yə qoşulması üçün yaşıl işığın yandırılması qərarının arxasında praqmatizm deyil, siyasi iradə nümayiş etdirmək istəyi gizlənir”.