Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.
Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib. 3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qalibləri təqdim edirik:
Qadınlar
-48 kq.
1. Şəfəq Həmidova
2. Ramilə Əliyeva
3. Xumar Qasımzadə
4. Leyla Dəmirova
-63 kq.
1. Leyla Əliyeva
2. Kamilla Töhöliyeva
3. Diana Şoranova
4. Leyla Atayeva
Kişilər
-60 kq.
1. Nazir Talıbov
2. Babarəhim Mirzəyev
3. Hüseyn Allahyarov
4. Kənan Hüseynov
-81 kq.
1. Məmmədrza Hacızadə
2. Kərim Allahverdiyev
3. Ömər Rəcəbli
4. Qədir Hüseynov
İdman