Infoteka.az
Dünya

Putin: “Qərb bizi özlərinə tabe etmək istəyir”

Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özlərinə tabe etmək istəyirlər.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.

“Reallıqlar belədir, sonralar mən buna tam 100 faiz əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra (Qərb siyasətçiləri – red.) inanırdılar ki, bir az səbirli olmalıyıq, indi biz Rusiyanı tamamilə çökdürəcəyik”, - deyə Putin bildirib. 
O əlavə edib ki, Avropa standartlarına görə belə kifayət qədər böyük ölkə, mumiyyətlə, lazım deyil.

Infoteka.az