Infoteka.az
Siyasət

Putin yaxın vaxtlarda MDB dövlət başçıları ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda MDB dövlət başçıları ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında və qeyri-rəsmi sammitdə görüşəcək.

Bu barədə Rusiya lideri MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasının iştirakçılarına videomüraciətində bildirib.

O, görüşün dəqiq tarixini açıqlamasa da, bu il baş tutacağını vurğulayıb.

Sammitin Sankt-Peterburq şəhərində keçirilməsi planlaşdırılır.

Infoteka.az