Infoteka.az
Hadisə

İndiyədək Azərbaycanda mina partlayışı nəticəsində ölənlərin sayı açıqlanıb

"10 noyabr 2020-ci il bəyanatından indiyədək Azərbaycanda mina partlayışı nəticəsində 44 mülki və hərbi qulluqçu həlak olub".

İnfoteka.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O qeyd edib ki, həmin müddətdə 250-dən çox vətəndaş mina partlayışından müxtəlif dərəcəli bədən xəsarətləri alaraq zərər çəkib.

Infoteka.az