Çinin şimal-qərbindəki Qansu əyalətində gecə yarısı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb, 250-dən çox insan yaralanıb.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 6,2 bal olub və 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.