İsrail məhbusların azad edilməsi ilə bağlı yeni saziş çərçivəsində HAMAS-a bir həftəlik hərbi əməliyyatları müvəqqəti dayandırmağı təklif edib.
Bu təklifi İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea HAMAS ilə danışıqları bərpa etmək və 60 yaşdan yuxarı qadınlar və kişilər də daxil olmaqla 40-a yaxın məhbusun azad edilməsini təmin etmək məqsədilə irəli sürüb.
İsrail də ən azı bir həftəlik müvəqqəti atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb.