Infoteka.az
Dünya

Ukrayna Aİ-dən 1,5 mlrd. avro maliyyə yardımı alıb

Ukrayna Avropa İttifaqından 1,5 mlrd. avro makromaliyyə yardımı alıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal ”Telegram”da yazıb.

Baş Nazirin sözlərinə görə, bununla da Aİ-nin bu il Ukraynaya göstərdiyi ümumi dəstək 18 mlrd. avroya çatıb.

Şmıqal əlavə edib ki, bu vəsaitlər Ukraynaya iqtisadi dayanıqlığı qoruyub-saxlamağa və sosial öhdəlikləri yerinə yetirməyə kömək edəcək.

Infoteka.az