Sosial şəbəkələrdə Xəzər dənizində gəminin batması ilə bağlı görüntülər yayılıb. Görüntülərdə gəminin çevrilməsi və batması yer alıb. Paylaşımda gəminin tur gəmisi olması və səhər saatlarında həmin gəmidə səhər yeməyi verildiyi qeyd olunub.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva açıqlama verib.
O bildirib ki, sözügedən gəmi idarənin balansında deyil:
“O gəmi bizim gəmilərimiz deyil, idarənin balansında olan gəmilər 2022-ci il oktyabr ayından etibarən dənizdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən fəaliyyəti dayandırılıb. Fəaliyyətinin dayandırılmasına səbəb texniki nasazlıq deyil, gəmilər hər il texniki baxışdan keçirilir, gəmilər saz vəziyyətdədir”.