ICESCO Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır.
Bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikinin Prezident İlham Əliyev təbrik məktubunda deyilir.
“Məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır”, - qeyd olunub.
Sosial