İstanbul Hava Limanına enən və qalxan ümumilikdə 41 reys əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Bu barədə Türk Hava Yollarından (THY) açıqlama verilib.
“Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, əlverişsiz hava şəraiti səbəbindən İstanbul Hava Limanından qalxan/enən cəmi 41 reys ləğv edilib”, - deyə açıqlamada bildirilib.