Infoteka.az
Siyasət

XİN: “Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq” - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-nin rəsmi “X” hesabında qeyd edilib.

“"Pençe-Kilit” əməliyyatında terrorçuların zərərsizləşdirilməsi zamanı qardaş Türkiyənin çox sayda şəhid verməsi xəbəri bizi dərindən sarsıtdı. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq”, - deyə paylaşımda bildirilib.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində Türkiyənin baza ərazilərinə sızmağa çalışan terrorçularla atışmada altı Türk əsgəri şəhid olub, bir əsgər yaralanıb.

XİN: “Hər zaman olduğu kimi, terrorla mübarizədə də Türkiyənin yanındayıq” - FOTO
Infoteka.az