ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə şəhər polisi "Х" sosial şəbəkəsində yazıb.
Polisin verdiyi məlumata əsasən, bir kişi ölüb, digər qadın isə yaralanaraq xəstəxanaya aparılıb.
Həmçinin atışmanın "məqsədli şəkildə" ola biləcəyi və şübhəlinin qaçdığı ehtimal edilir. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.