Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa göndəriləcəyi tarix təxirə salındı.
Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ABŞ Aviasiya və Kosmik Agentliyi – NASA-nın paylaşımına istinadən sosial media hesabında açıqlama verib: “Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcının da qatılacağı “Ax3” missiyası əlverişsiz hava şəraiti və “SpaceX” planlarında dəyişikliklər səbəbiylə 17 yanvar 2024-cü il tarixinə təxirə salındı. Maraqlı səyahət üçün bir az daha səbirli olmalıyıq."
NASA-nın açıqlamasında da belə yazılır: "NASA-nın “Axiom” və “SpaceX” komandaları əlverişsiz hava şəraiti və “SpaceX”in buraxılış planındakı dəyişikliklər səbəbindən yanvarın 17-dən əvvəl Kennedi Kosmik Mərkəzindən “Axiom 3” missiyasını kosmosa göndərməyi planlaşdırmır."