Infoteka.az
Hadisə

İndoneziyada nikel emalı zavodunda partlayış baş verib

İndoneziyada nikel emalı zavodunda partlayış baş verib.

Mərkəzi Sulavesidə yerləşən İndoneziyanın Tsinqşhan Paslanmayan Polad zavodunda fövqəladə hadisə nəticəsində azı 12 nəfər ölüb, daha 39 nəfər yaralanıb.

İlkin araşdırmalar partlayışın təmir işləri zamanı baş verdiyini göstərir.

Hazırda hadisənin səbəbləri üzrə təhqiqat aparılır.

Infoteka.az