Rusiya İstintaq Komitəsi Alla Puqaçova və Maksim Qalkinə Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə cinayət işi açmaqdan imtina edib.
İstintaq Komitəsi materialları Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinə qaytarıb.
Bildirilib ki, İstintaq Komitəsi Alla Puqaçova və Maksim Qalkinə qarşı Rusiya ordusu haqqında saxta məlumat yaymaq maddəsi ilə cinayət işi başlanması üçün heç bir əsas tapmayıb.
Qeyd edək ki, Rusiyanın Xalq artisti Alla Puqaçova və onun həyat yoldaşı, tanınmış yumorist Maksim Qalkin Rusiyanın Ukraynada apardığı müharibənin əleyhinə çıxaraq ölkəni tərk ediblər. Rusiya Ədliyyə Nazirliyi Qalkini xarici agentlərin siyahısına salıb.